“Qarabağda sülhməramlıların yerləşdirilməsi üçtərəfli bəyanata əsasən həyata keçirilib. Onlar üzərlərinə düşən funksiyaları yerinə yetirirlər”.
Yeniavaz.com Report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Təbii ki, vaxtaşırı hansısa suallar yaranır, o suallar hələ də Qarabağda Ermənistanın hərbi birləşmələrinin mövcudluğu, qanunsuz olaraq həmin ərazilərə səfərlərin edilməsi ilə bağlıdır. Belə olan halda bunlar müzakirə mövzusu olur. Azərbaycan tərəfi məsələlərin bu müstəvidə həll edilməsinin tərəfdarıdır”, - nazir bildirib.