Rus hərbçilərinin cəsədləri soyuducu avtomobildə saxlanılır - Video


Ukraynada həlak olan rus əsgərlərinin cəsədlərinin olduğu soyuducu avtomobil nümayiş etdirilib.
Yeniavaz.com
xəbər verir ki, avtomobilin görüntülərini Qətərin “Əl-Cəzirə” nəşri yayıb.
Nəşrin yazdığına görə, onlar Kiyev vilayətindəki döyüşlərdə rusların cəsədlərinin toplandığı yerə eksklüziv giriş əldə ediblər.
Kadrlarda Rusiya ordusunun geyim formasının elementləri, Rusiya istehsalı olan gülləkeçirməz jiletlər, ölənlərin rus qoşunlarına aid olduğunu göstərən şevronlar əks olunub.
Süjet nəşrin Moskvanın Qələbə Gününü qeyd etməsinə həsr olunmuş geniş reportajında ​​dərc olunub.
“Rusiya İkinci Dünya Müharibəsindəki qələbəsinin ildönümünü qeyd etmək üçün güc nümayişi hazırlasa da, onun Ukraynadakı döyüşünün reallığı daha acınacaqlı görünür”, - “Əl-Cəzirə” yazıb.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top