İran qum fırtınasına görə Türkiyəni günahlandırdı


İran son vaxtlar ölkədə gündəlik həyata mənfi təsir göstərən qum və toz fırtınalarında Türkiyəni günahlandırıb.
Yeniavaz.com
İRNA-ya istinadla xəbər verir ki, İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri ölkənin qərb və cənub bölgələrində qum və toz fırtınalarının yayılmasına Türkiyənin Araz çayı üzərində qurduğu bənd və sərhəddə inşa etdiyi divarların səbəb olduğunu iddia edib.
Müntəziri İranın energetika naziri Əli Əkbər Mehribana məktub yazıb və qeyd edib ki, ölkədə iqtisadiyyat və kənd təsərrüfatının daha çox itkiyə məruz qalmaması üçün Türkiyədən İrana su axını təmin edilməlidir.
Mütəxəssislərin fikrincə, İranda son illərdə artan qum və toz fırtınalarında həddindən artıq su istehlakı və su ehtiyatlarının azalması kimi amillər mühüm rol oynayır. İran hökumətinin qum fırtınalarının mənfi təsirlərinin qarşısını almaq üçün son 4 ildə təxminən 370 milyon avro xərclədiyi bildirilir.
Qeyd edək ki, ölkənin paytaxtı Tehranda da hava çirkliliyi səbəbilə bir çox sahələr fəaliyyətini dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top