"Putinin çıxış yolu yoxdur" - Bayden


“Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə müharibədən çıxış yolu yoxdur”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib .
Amerika liderinin sözlərinə görə, Putin hazırda çox ehtiyatlı davranır:
“İndi onun çıxış yolu yoxdur. O, bunun necə həll olunacağını anlamağa çalışır”.
Bayden həmçinin deyib ki, Putin səhvən Ukraynaya müdaxilənin NATO və Aİ-ni parçalayacağını düşünüb: “Əvəzində ABŞ və müttəfiqləri birləşərək Ukraynaya köməyə gəldilər”.

DİGƏR XƏBƏRLƏR

Top