
“Biz Boraltan Körpüsü faciəsinin utancını bir daha yaşatmayacağıq”.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, Ukraynada müharibə başlayandan bəri oradan Türkiyəyə qaçan insanların sayı 100 minə çatıb.
Türkiyə lideri bildirib ki, ölkəsi qapılarını ona ehtiyacı olanlara bağlamayacaq.
Qeyd edək ki, 1944-cü ildə Sovet Rusiyası Orta Asiyada, eləcə də Azərbaycanda kommunist rejimi əleyhinə kiçik bir addıma da göz yummur və bunun qarşısını alırdı. Bu təzyiqlərdən qaçan 146 azərbaycanlı Türkiyəyə sığınmaq qərarı verir. Onlar bunun üçün Türkiyənin İğdır vilayətinin sərhəd qapısına yaxın olan Araz çayının üzərindəki Boraltan körpüsünü keçib və azadlığa qovuşmaq sevinci ilə oradakı hərbi hissəyə sığınırlar. 146 nəfər azərbaycanlının Türkiyəyə sığındığını eşidən Sovet hökuməti onların dərhal SSRİ-yə təhvil verilməsini tələb edir. Hərbi hissənin komandiri bəzi səbəblərdən 146 azərbaycanlını SSRİ-yə təslim etmək məcburiyyətində qalır. Təslim edilən azərbaycanlılar elə türk əsgərlərinin gözləri qarşısında sərhədi keçən kimi güllələnirlər.
Tətbiqimizi yükləyə bilərsiniz