ABŞ səfirliyi Aytən Məmmədovaya hücumla bağlı açıqlama yaydı


ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Aytən Məmmədovaya edilən hücumla bağlı açıqlama yayıb.
Yeniavaz.com
xəbər verir ki, səfirliyin məlumatında deyilir: 
“Bu hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri istintaq aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”.
Qeyd edək ki, Aytən Məmmədova tanımadığı şəxsin bıçaqlı hücumuna məruz qalıb. 
Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top