
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı qaçqınlar üçün evlər tikiləcəyini açıqlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan bu barədə hökumətin iclasından sonra xalqa müraciətində deyib. O bildirib ki, Türkiyəyə sığınan suriyalılar üçün həmin ölkədə təxminən 200 min ev tikiləcək .
“Biz qaçqınlar üçün 200 min ev tikmək layihəsinə başlayırıq”-deyə o vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Türkiyə hakimiyyəti ilin sonuna qədər İdlibdə suriyalı qaçqınlar üçün 100 minə yaxın evi təhvil verməyi planlaşdırdıqlarını bildirmişdi.