Şimali Koreyanın nüvə sınaqlarına hazırlaşdığı bildirilir – BMT-dən çağırış


Birləşmiş Millətlər Təşkilatı Şimali Koreyanı nüvə ilə bağlı təhlükəsizliyə nail olmaq üçün danışıqlara qayıtmağa çağırır. 
Yeniavaz.com
xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin mətbuat rəhbərinin müavini Farhan deyib.
"Mən nə baş verəcəyini qabaqcadan mühakimə etmək istəmirəm. Nüvə sınağının olub-olmayacağını təxmin etmək də istəmirəm. Biz bir daha Şimali Koreyanı Koreya yarımadasındakı bütün digər tərəflərlə dialoqa qayıtmağa çağırırıq. Biz Koreya yarımadasının dinc yolla nüvəsizləşdirilməsini görmək istərdik", - deyə BMT rəsmisi bildirib.

 

DİGƏR XƏBƏRLƏR

Top