
ABŞ prezidenti Co Bayden Suriyaya qarşı birtərəfli sanksiyaları daha bir il uzatmaq qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, söhbət Vaşinqtonun Dəməşqə qarşı ardıcıl olaraq tətbiq etdiyi müxtəlif məhdudlaşdırıcı tədbirlərin qüvvədə saxlanılmasından gedir. Bu məhdudiyyətlər, xüsusilə, ABŞ-ın yurisdiksiyasında olan bəzi fiziki və hüquqi şəxslərin aktivlərinin bloklanmasını, həmçinin ABŞ mallarının və xidmətlərinin müəyyən kateqoriyalarının Suriyaya ixracına qadağa qoyulmasını nəzərdə tutur.