Yayılan görüntülərlə bağlı rəsmi açıqlama – Video


Bakıda yol polisinin xidməti avtomobillə manevrlər etməsinin əks olunduğu kadrlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, kadrlarda yol polisi əməkdaşının xidməti avtomobillə manevr etməsi müşahidə olunur.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən saytımıza verilən açıqlamada bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılıb:
“Görüntülər köhnədir və “təhlükəli manevrlər”lə bağlı iddialar həqiqəti əks etdirmir. Operativ nəqliyat vasitələrinin hərəkəti “Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsilə tənzimlənir. Görüntülər reytinq xatirinə ortaya atılıb. Ən əsası isə polis avtomobilin sayrışan işıqlarını yandıraraq hərəkət edir. Bu Nizami rayonu Dövlət Polisi Şöbəsinə məxsus maşındır və qanunun icazə verdiyi şəkildə hərəkət edir. Bu görüntülərdə polis tərəfindən heç bir qanunsuz hərəkət yoxdur”.
Qeyd edək ki, kadrlarda yol polisinin avtomobildə sayrışan işıqlardan və səs siqnalından istifadə etməsini əks etdirən hər hansı görüntü yoxdur.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top