Moskvadakı paradda “qiyamət təyyarəsi” niyə uçmadı?


Xəbər veriyimiz kimi, Moskvada keçirilən hərbi paradın hava hissəsi ləğv edilib. Bu barədə açıqlama verən Kreml sözçüsü Dmitri Peskov bunun hava şəraiti ilə əlaqələndirib. Lakin dünya mətbuatında paraddan yayımlanan kadrlarda havanın qeyri-sabit olmasını əks etdirən hər hansı göstərici müşahidə olunmayıb. Bəs görəsən hərbi paradın ən vacim hissəsi hesab olunan hava qüvvələrinin keçidi niyə təxirə salınıb?
Yeniavaz.com
xəbər verir ki, hərbi ekspert Oleq Jdanov Rusiyanın bu addımı Qərbin təzyiqi nəticəsində atdığını iddia edib. O bildirib ki, Putin Qərbin ultimatumundan sonra nüvə müharibəsi baş verəcəyi təqdirdə ölkə rəhbərliyini evakuasiya etmək üçün nəzərdə tutulmuş İl-80 komanda heyətini (“qiyamət təyyarəsi”) nümayiş etdirməməyi əmr edib.
“Düşünürəm ki, paradın hava hissəsi Qərbin ultimatumuna görə ləğv edilib. Putin nüvə silahı mövzusunu unutdurmağa başlayıb və ona xəbərdarlıq edilib ki, bu baş verəcəyi təqdirdə onun şəxsi məhvi məsələsinə diqqət yetirəcəklər. Diqqət edin, son vaxtlar Rusiya Federasiyasının bütün rəsmiləri təxminən bu sözləri deməyə başlayıblar: “Xeyr, biz nüvə silahından istifadə etmək fikrində deyildik”, - deyə ekspert bildirib.
Jdanov vurğulayıb ki, Putin bu jestlə Qərbə nüvə silahından istifadə etməyi planlaşdırmadığına dair siqnal verib. O, əlverişsiz hava şəraiti ilə əlaqədar paradın hava hissəsinin ləğvini də şübhə altına alıb:
“Moskvada hərbi parad zamanı hava yaxşı idi, bu təyyarələrin paradının ləğvinə səbəb ola bilməzdi. Bunu Moskvadan gələn video da təsdiqləyir. Canlı yayıma baxıram - aviasiya üçün əla hava var, sadəcə uçurmaq istəmirlər”.

DİGƏR XƏBƏRLƏR

Top