Məşhur PKK terrorçusu məhv edildi - Fotolar


Türkiyə Silahlı Qüvvələri məşhur PKK terrorçusunu məhv edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, İraqın şimalında həyata keçirilən “Pençe-kilit” əməliyyatı zamanı Zap bölgəsinə cavabdeh olan İran əsilli Mizgin Rojhilat kod adlı Helima Efendak qətlə yetirilib.
15 ildir ki, terror təşkilatının dağ komandasında fəaliyyət göstərən Efendak, Siirt-Şırnak-Hakkari çöllərinin daxil olduğu qondarma Botan-Behdinan sahə idarə mobil qrupunun tərkibində məsul şəxs kimi terror fəaliyyətləri ilə məşğul olub.

DİGƏR XƏBƏRLƏR

Top