Putin ağır xərçəng xəstəsidir?


“Rusiya Prezidenti Vladimir Putin ağır xərçəng xəstəsidir”.
Yeniavaz.com
 UNİAN-a istinadla xəbər verir ki, bunu araşdırmaçı jurnalist Xristo Qrozev deyib.
Onun sözlərinə görə, xəstəliyi onun ətrafındakı oliqarxlardan biri də təsdiqləyib.
"2014-cü ildə bu oliqarxlardan biri Krımı ələ keçirməyin nə qədər yaxşı olacağından danışdığı görüşdə sözün əsl mənasında Putinin yanında idi. Yəni, həmin şəxs Putinə kifayət qədər yaxındır. Bu oliqarxın olduğu bir səs yazısı da mövcuddur. Səs yazısında o, Putinin hansı ağır onkoloji xəstəlikdən əziyyət çəkməsindən danışır”, - Qrozev qeyd edib.
Daha əvvəl “The Sun” nəşri yazıb ki, yaxın vaxtlarda Putinin əməliyyat olunacağını gözləyir. Dərc olunan materialda deyilir ki, Putində parkinson və şizoaffektiv pozğunluq var.

DİGƏR XƏBƏRLƏR

Top