Tehranda bağçalar və məktəblər fəaliyyətini dayandırdı - Xəbərdarlıq


İranın paytaxtı Tehranda havanın çirklənməsi növbəti dəfə pik həddə çatıb.
Yeniavaz.com
xəbər verir ki, hava çirkliliyinin 201 mikroqram/kubmetrə yüksəlməsi səbəbindən uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün özəl məktəblər fəaliyyətini dayandırıb.
Tehran merinin müavini Abid Mələki bildirin ki, antisanitar hava şəraiti və havanın çirklənməsi kritik həddə çatdığı üçün fövqəladə komissiya yaradılıb.
Yaşlılara və xroniki xəstəliyi olanlara məcbur olmadıqca çölə çıxmamaları barədə xəbərdarlıq Meleki, orta məktəb və lisey şagirdlərinin məktəb bağçalarına çıxmasının qadağan edildiyini bildirdi.
Qeyd edək ki, Tehran dünya şəhərləri arasında havanın çirklənməsi reytinqində 12-ci yerdədir. Şəhərin hava sirkulyasiyası üçün yararsız yerləşməsi, nəqliyyatın sıxlığı, köhnə maşınlar və çox istifadə edilən motosikletlərdən çıxan qazlar Tehranda havanın çirklənməsini artıran amillərdən hesab edilir.

DİGƏR XƏBƏRLƏR

Top