Zelenski Bundestaqın rəhbəri ilə görüşüdü


Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevə səfərə gələn Almaniya Bundestaqının sədri Berbel Bass ilə görüşüb.
Yeniavaz.com
Ukrayna Prezident Aparatının saytına istinadla xəbər verir ki, dövlət başçısı Bassın Ukraynaya bu çətin gündə səfərinin əhəmiyyətini qeyd edib.
Zelenski Almaniyaya Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib və ölkəsinin Rusiya təcavüzünə qarşı mübarizədə Almaniyadan güclü və inamlı dəstək gözlədiyini vurğulayıb.
Tərəflər ilk növbədə, Almaniyadan Ukraynaya gələcək müdafiə yardımını, habelə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə ediblər.
Zelenski Bundestaqın Almaniya hökumətini Ukraynanın ağır silahlarla təminatını genişləndirməyə və sürətləndirməyə çağıran qətnaməsinin qəbulunu qeyd edib.
"Bu, bu gün üçün çox vacibdir. Bu, Ukrayna üçün prioritet məsələlərdən biridir", - o vurğulayıb.
Ukraynanın Aİ-yə daxil olması məsələsi də müzakirə edilib. Zelenski Berlinin Ukraynaya namizəd statusunun verilməsini dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
"Mən istərdim ki, siz və Bundestaq Ukraynanın gələcək Avropa İttifaqına üzvlüyünü dəstəkləmək üçün qətnamə məsələsində bizi dəstəkləyəsiniz. Düzünü desəm, biz cənab Merzlə danışdıq ( Xristian Demokrat İttifaqının rəhbəri Friedrich Merz - UNIAN) və o, bu barədə sərt danışdı, söz verdi, ona görə də belə bir dəstəyi gözləyirik ", - deyə, Ukrayna Prezidenti bildirib.
Dövlət başçısı Almaniyaya Ukrayna iqtisadiyyatına maliyyə dəstəyinə görə minnətdarlığını bildirib və Rusiya ordusu tərəfindən dağıdılmış Ukrayna ərazilərinin bərpasında aparıcı rol oynamağa çağırıb.
Öz növbəsində Berbel Bas görüşə görə Zelenskiyə təşəkkür edib. O, qeyd edib ki, mayın 8-də Ukraynada olması və İkinci Dünya Müharibəsi qurbanlarının xatirəsini yad etmək imkanının olması onun üçün çox vacibdir.

DİGƏR XƏBƏRLƏR

Top