ABŞ-ın birinci xanımı Ukraynaya gizli səfər edib - Video


ABŞ-ın birinci xanımı Cill Bayden Ukraynada səfərdə olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Cill Bayden Ukraynaya elan edilməmiş səfər edib.
Zakarpatye Vilayət Şurasının “Telegram”-da paylaşdığı məlumatda isə qeyd olunub ki, Cill Bayden mayın 8-də Ujqorodda səfərdə olub, Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb.
Cill Baydan Ujqorodda 47-si uşaq olmaqla, 163 ukraynalı məcburi köçkünün məskunlaşdığı 6 saylı məktəbə də baş çəkib.

DİGƏR XƏBƏRLƏR

Top