Dünyanın ən böyük almazı hərraca çıxarılır


Dünyanın ən böyük və ən qüsursuz ağ almazı yeni alıcısını gözləyir. Gələn həftə Cenevrədə keçiriləcək hərracda nümayiş etdiriləcək “The Rock” adlı almazın təxmini dəyəri heyrət doğurur.
Yeniavaz.com
xəbər verir ki, dünyanın ən böyük almazı “Christie's” hərrac evi tərəfindən gələn həftə Cenevrədə keçiriləcək sərgidə hərraca çıxarılacaq.
Təxminən qolf topu böyüklüyündə olan unikal və armud formalı almazın 228,31 karat olduğu açıqlanıb. Qaya adlanan almazın təxminən 30 milyon dollar qiymətinə alıcı tapacağı gözlənilir.
2000-ci illərin əvvəllərində Cənubi Afrikada tapılan “The Rock” keçmiş sahibi tərəfindən “Cartier” zənciri ilə birləşdirilərək boyunbağı kimi istifadə edilib.

DİGƏR XƏBƏRLƏR

Top