Talibandan qadınlara daha bir qadağa


Əfqanıstanda hakimiyyəti ələ keçirərkən yay aylarında qadınların hüquqlarını qoruyacağını vəd edən və müasir obraz yaratmağa çalışan Taliban, qadınların azadlığını məhdudlaşdıran qərarlar verməkdə davam edir.
Yeniavaz.com
xəbər verir ki, 2021-ci ilin iyulun 15-də Əfqanıstanda hakimiyyəti bərpa edən Taliban yeni fərmanla qadınların çöldə üzlərini örtməsini məcburi edib.
Qadınlara təzyiqləri artıran Taliban, üz və bədəni tamamilə örtən burkanın əfqan qadınları üçün ən uyğun paltar olduğunu müdafiə edib.
Zorakılığın Təşviqi və Qarşısının Alınması Nazirliyinin sözçüsü bu gün səhər saatlarında Kabildə keçirdiyi mətbuat konfransında yeni fərmanı açıqlayıb. Taliban rəsmisi bildirib ki, qadınlar çöldə üzlərini örtməsələr, onların kişi qohumları həbs ediləcək və ya dövlət işlərindən qovulacaq.
Burka 1996-2001-ci illərdə Talibanın ilk hakimiyyəti dövründə qadınların zülmünün simvoluna çevrilib. Ölkədə qadınların çoxu dini səbəblərdən başlarını örtsələr də, xüsusilə şəhərlərdə üzü örtmək adəti çox da yayılmayıb.
Mart ayında Talibanın qızların məktəbə qayıtmasına qadağa qoyması da beynəlxalq ictimaiyyətdə böyük reaksiyaya səbəb olub. Bu qərardan sonra ABŞ Əfqanıstandakı iqtisadi böhranın aradan qaldırılması üçün görüşləri ləğv edib.
Ölkədə qadınların kişi qohumları olmadan evdən çıxmasına da məhdudiyyətlər qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top