"Azəriqaz" işçisinin döyülməsi ilə bağlı cinayət işi açılıb


Mayın 6-da saat 17 radələrində Ağcabədi rayonu Rəncbərlər kəndində “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Ağcabədi rayon prokurorluğundan Yeniavaz.com-a verilən xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, kənd sakini Kamil Usubov istehlak edilmiş təbii qaza görə yaranmış cəmi 504 manat abonent borcunu vaxtında ödəmədiyinə görə “Azəriqaz” İB-nin nəzarətçi-çilingəri Rövşən Səfərov və digər əməkdaşlardan ibarət işçi qrupu xidməti vəzifələrini yerinə yetirərkən - təbii qaz borusundan sayğaca gələn xətti kəsərkən Kamil Usubov onlara hücum edərək təhqir edib, Rövşən Səfərova bir dəfə zərbə endirməklə sol yanaq nahiyəsinin kəsilmiş-cırılmış yarası xəsarəti yetirib.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.

DİGƏR XƏBƏRLƏR

Top