Krasnodarda irimiqyaslı yanğınlar - Ölənlər var


Rusiyanın Krasnodar diyarında irimiqyaslı yanğınlar baş verib.
Yeniavaz.com
xəbər veirr ki, bu barədə vilayət hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yanğın yaşayış binalarına da keçib və hələ də söndürülməyib.
Qeyd olunur ki, mayın 7-də 16 yaşayış məntəqəsində yanğınlar qeydə alınıb. Yerli istintaq orqanları artıq bir sıra cinayət işi açıb. Bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edilib, aktiv yanğınlar qeydə alınan ərazilərdə insanlar təxliyə olunur.
Bölgədə toz fırtınalarına səbəb olan və yanğınların yayılmasına səbəb olan tufan küləyi müşahidə olunur. Küləyin sürəti bəzi ərazilərdə 40 m/s-ə çatır. Belə hava şəraiti mayın 8-də də gün ərzində davam edəcək.
Yenilənmiş məlumatlara əsasən, mayın 8-də səhər saatlarında yanğınlar nəticəsində xəsarət alanların sayı 19 nəfərə  çatıb, bir neçə kənddə 7 nəfər ölüb.
Yanğın nəticəsində 518 ev, 309 tikili və 61 avtomobil yanıb.

DİGƏR XƏBƏRLƏR

Top