Vaşinqton Yunanıstandan S-300-ləri Ukraynaya verməsini istəyir - KİV


ABŞ-ın Yunanıstandan S-300-ləri Ukraynaya verməsini istədiyi bildirilib.
Yeniavaz.com
xəbər verir ki, Amerika Birləşmiş Ştatları Kiyevə hərbi yardım göstərmək, o cümlədən Yunanıstan Silahlı Qüvvələrində xidmətdə olan Rusiya istehsalı olan S-300 zenit-raket komplekslərinin təhvil verilməsi üçün Yunanıstana çağırış edib.
Bildirilib ki, Yunanıstanın S-300 hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsi məsələsi artıq Vaşinqton tərəfindən gündəmə gətirilib, lakin Yunanıstan tərəfi Türkiyədən özünə qarşı təhdidlərdən danışaraq, qəti şəkildə mənfi danışıb. 

DİGƏR XƏBƏRLƏR

Top