
Gürcüstan Daxili İşlər Nazirliyi Batumidə Saakaşvilinin 25 tərəfdarının saxlandığını bildirib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Batumi polisi Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə dəstək məqsədilə hökumət binası yaxınlığında keçirilən aksiyanın 25 iştirakçısını saxlayıb. Həmin şəxslərə cinayət işi açıldığı bildirilib.