Cəlilabadda qəza: Piyada komaya düşdü


Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, minik avtomobili yolu keçmək istəyən Cəlilabad şəhər Yeni massiv yaşayış məntəqəsinin sakini,1990-cı il təvəllüdlü Əliyev Samiri vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Yaralı koma vəziyyətindədir. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top