
Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (6 kilometr)–Tanrıqulular avtomobil yolunun tikintisinə 2,1 milyon manat vəsait ayrılıb.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev “Yevlax rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (6 km)–Tanrıqulular avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Yevlax rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (6 kilometr)–Tanrıqulular avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Tətbiqimizi yükləyə bilərsiniz