Makron ikinci dəfə and içdi


Fransanın yenidən seçilən Prezidenti Emmanuel Makronun inaqurasiya mərasimi keçirilib.

Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, Yelisey sarayında keçirilən andiçmə mərasimində 450-yə yaxın qonaq iştirak edib.
Qeyd edək ki, aprelin 24-də keçirilən prezident seçkisinin ikinci turunda 18,7 milyon seçici (58,55 faiz) Emmanuel Makronun lehinə səs verib. Milli Birlik Partiyasının nümayəndəsi Marin le Pen isə 41,45 faiz, 13,2 miyon səs toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top