Ukraynada daha bir azərbaycanlı zabit yaralandı


Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı zabiti yaralanıb.


Yeniavaz.com xəbər verir ki, Vinnitsa Azərbaycan Cəmiyyətinin rəhbəri Əliş Səfərovun "Report"a verdiyi məlumatına görə, bu, əslən Azərbaycanın Ağdam rayonundan olan Əliyev Ruslan Müslim oğludur.

O, Ukrayna ordusunun baş leytenantıdır, Ukrayna vətəndaşıdır və Donbas istiqamətində yaralanıb. Hazırda R.Əliyev Vinnitsa vilayət xəstəxanalarının birində müalicə alır.

"Vəziyyəti normaldır. O, və digər burada yaralı yatan azərbaycanlı Ukrayna ordusu əsgəri Əliyev Raqif bizim də nəzarətimizdədir. Növbəti dəfə bu gün baş çəkəcəyik", - Ə.Səfərov əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top