
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 70 cinayətin üstü “isti izlər”lə açılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 45 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.
Tətbiqimizi yükləyə bilərsiniz