ABŞ-ın əsas rəqibi Çin olaraq qalır - Pentaqon


ABŞ hakimiyyəti Rusiyanı deyil, Çini əsas strateji rəqib kimi nəzərdən keçirməyə davam edəcək. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ronald Reyqan Prezident Fondunun təşkil etdiyi konfransda çıxış edən müdafiə nazirinin birinci müavini Ketlin Hiks deyib:
“Rusiya beynəlxalq aləm üçün kəskin təhlükədir. Bizim milli müdafiə strategiyamız Avropada və onun hüdudlarından kənarda Rusiya Federasiyasından gələn təhlükəni tam nəzərə alır, lakin Rusiyanın təcavüzü və zərərli fəaliyyəti ilə üzləşdiyimiz zaman belə, strategiyada açıq şəkildə qeyd olunur ki, ÇXR bizim üçün ən ciddi strateji rəqibdir”.
 

DİGƏR XƏBƏRLƏR

Top