Bərdədə avtomobil oğurlandı


Bərdədə VAZ-2106 markalı avtomobil oğurlanıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bərdə rayon mal bazarında qeydə alınıb. Bərdə rayonu Piyadalar kənd sakini Nemət Soltan oğlu Məmmədovun verdiyi məlumata görə, ona məxsus olan VAZ 2106 markalı 1986 - cı il istehsalı olan 23 BD 093 dövlət nömrə nişanlı avtomobil səhər saat 5 radələrində oğurlanıb. Hadisə ilə bağlı polisə müraciət edilib. Avtomobilin kameralar vasitəsilə Ağcabədiyə aparıldığı müşahidə edilib.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Bərdə
 

DİGƏR XƏBƏRLƏR

Top