Kubadakı partlayışda ölənlərin sayı 22-yə çatdı – Yenilənib


Kubanın paytaxtı Havana şəhərində oteldə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.


Yeniavaz.com xəbər verir ki, bu barədə "Reuters" hadisə şahidləri və Kubanın dövlət televiziyasına istinadla xəbər verir.

Məlumata görə, partlayış nəticəsində 70-dən çox insan yaralanıb.

Səhiyyə orqanları partlayışın 300-dən çox şagirdin olduğu məktəbdə dağıntı və tələfata səbəb olduğunu qeyd edib. Belə ki, azı 15 uşağın yaralandığı və bir uşağın öldüyü bildirilir.

Kubanın turizm naziri Xuan Karlos Qarsiya söyləyib ki, ilkin məlumatlara görə, partlayış nəticəsində ölən və yaralananların arasında xarici vətəndaş yoxdur.

***6 may, 22:12

Kubada tarixi oteldə baş verən partlayışda ğlənlərin sayı artıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 8-ə çatıb. Bu barədə Kuba rəsmiləri məlumat yayıb.

***20:50

Kubada yerləşən tarixi “Saratoga” otelində güclü partlayış baş verib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İlkin məlumata görə, dörd nəfər ölüb.
Binanın ən azı iki mərtəbəsi dağılıb. Partlayışın qaz səbəbilə baş verdiyi bildirilib.  
Qeyd edək ki, “Saratoga” oteli 19-cu əsrin sonunda tikilib və 2000-ci illərdə təmir edilib.

DİGƏR XƏBƏRLƏR

Top