Ukraynada çətin vəziyyətdə qalan daha 9 azərbaycanlı ölkəyə gətirildi


Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız vətənə gətirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yeniavaz.com-a bildirilib ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycan təxliyə olunublar. 

Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top