![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/5/6/1/19fb8ad1-c8fe-426a-b02a-2c0e13f7655f/meshurun-oglu-esas.jpg)
70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədovun ABŞ-da yaşayan oğlu Məmməd Şahbazov “Masalli Enterprise LLC” adlı şirkət təsis edib.
Yeniavaz.com xəbər verir ki, “Masalli Enterprise LLC” aprel ayının 20-də Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydə alınıb.
Şirkətin hüquqi ünvanı Məşhur Məmmədovun ailə üzvlərinin Nyu-York şəhərində yaşadıqları “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşir.
Qeyd edək ki, Məşhur Məmmədovun 1994-cü il təvəllüdlü oğlu Məmməd Şahbazov 2013-2017-ci illərdə ABŞ-ın Konnektikut Universitetində bakalavr, 2017-2019-cu illərdə isə Nyu-York Universitetində magistr təhsili alıb. Məmməd Şahbazov hazırda Nyu-Yorkda fəaliyyət göstərən “Reynolds Asset Management” adlı daşınmaz əmlak şirkətində çalışır.
Onu da bildirək ki, Məşhur Məmmədov 2002–2009-cu illərdə “Embawood” MMC-nin direktoru, 2009–2011-ci illərdə “Embawood İnşaat” MMC-nin direktoru, 2011–2014-cü illərdə “Embawood” MMC-nin baş direktorunun birinci müavini, 2014–2020-ci illərdə “Progress Construction” MMC-nin direktoru vəzifələrində çalışıb. Hazırda Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/5/6/1/7252015f-abad-4218-92a9-5270fd162ac7/meshur-memmedovun-oglu.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/9/10/1/81612700-2ace-42dd-9341-b9c609ae0f62/meshur-memmedov-deputat.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/5/6/3/d48093ce-529b-4b3c-b9a7-af287b802226/meshur-memmedovun-oglu-1.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/5/6/3/c42dc022-05f4-4b91-9288-7dd0a4d23aaf/meshur-memmedovun-oglu-2.jpg)
A. Cəfərov