Jurnalist sorğusu ilə Mübariz Mənsimovun hərbi xidmət məlumatları açıqlanıb?


Ötən gün jurnalist Eynulla Fətullayev iş adamı Mübariz Mənsimovun hərbi xidmət keçmişi barədə sorğusuna Müdafiə Nazirliyindən cavab aldığını iddia edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
E. Fətullayev bir neçə gün öncə biznesmen Mübariz Mənsimovun Sovet ordusu sıralarında Əfqanıstanda döyüşdüyünü yazıb. Jurnalist MN-ə bununla bağlı sorğu göndərdiyini və Nazirliyin bu sorğunu cavablandırdığını bildirib.
Eynulla Fətullayevin bu paylaşımından sonra vətəndaşların hərbi məlumatlarının gizliliyi məsələsi gündəmə gəlib.
Jurnalist Eynulla Fətullayevin iş adamı Mübariz Mənsimovun hərbi xidmət məlumatlarının media sorğusuna cavab olaraq açıqlanması iddiası ilə bağlı Müdafiə Nazirliyinə müraciət etdik.
“Bu mövzuda Müdafiə Nazirliyinə sorğu daxil olmayıb”, - Nazirlikdən sorğumuza cavab olaraq bildirilib.

Əliş Abdulla

DİGƏR XƏBƏRLƏR

Top