ABŞ Ukraynaya "Moskva" kreyserinin məhvində kömək edib - CNN


Qara dənizdə Rusiyanın "Moskva" kreyserinə qarşı “Neptun” raketləri ilə keçirilən əməliyyat zamanı Ukrayna tərəfi ABŞ-dan kəşfiyyat məlumatları alıb.
Yeniavaz.com
xəbər verir ki, bu  barədə CNN-ə ABŞ müdafiə nazirliyindəki vəziyyətlə tanış olan mənbələr bildiriblər.
"Qara dənizdə Rusiyaya məxsus hərbi gəmini görən Ukrayna qüvvələri, onun əslində Moskva kreyseri olduğunu təsdiqləmək üçün amerikalı təmasları ilə əlaqə saxlayıb. Amerika tərəfi cavab verib ki, bu, o gəmidir və onun yeri ilə bağlı kəşfiyyat məlumatı ötürüb", - mənbələr bildiriblər.
ABŞ-ın Ukrayna tərəfinin kreyserə zərbə hazırladığını həmin anda bilib-bilmədiyi haqqında məlumat yoxdur. Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri bu barədə özbaşına qərar verib, ABŞ buna qarışmayıb.
Xatırladaq ki, aprelin 14 -də Rusiya Federasiyası Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva” raket kreyseri sözügedən dənizdə batıb . Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı kreyserin Ukrayna istehsalı olan “Neptun” tipli iki gəmi əleyhinə raketlə vurulduğunu bildirib. Rusiya bu faktı təkzib edib, lakin sonradan Pentaqon Ukrayna tərəfinin məlumatını təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top