
Britaniya Rusiyanın xüsusi hərbi əməliyyat keçirməsinə baxmayaraq, Ukraynanın hələ də NATO üzvlüyünə namizəd olduğunu düşünür.
Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi Londonda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda çıxışı zamanı bildirib.
"Yaxın xaricdəki bir sıra mühüm dəniz məkanlarında geosiyasi vəziyyət həqiqətən dəyişib. Qara dənizdə Soyuq Müharibə illərində yalnız Türkiyə NATO-nun üzvü idi və Qara dəniz dövlətlərinin qalan hissəsi, Bolqarıstan, Rumıniya, Ukrayna, Rusiya, Gürcüstan ya Varşava Müqaviləsi Təşkilatının, ya da Sovet İttifaqının bir hissəsi idi. İndi isə tam əksinədir. Gürcüstan NATO üzvlüyünə namizəddir. Biz hesab edirik ki, Ukrayna NATO üzvlüyünə namizəd olaraq qalır”-deyə o bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz