Bu şirkət Soçi-Bakı reysi üzrə uçuşlar həyata keçirəcək


Rusiyanın “Azimut” aviaşirkəti mayın 9-dan etibarən Soçidən Azərbaycanın paytaxtı Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. Uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə günləri cədvəl üzrə həyata keçiriləcək:

Soçidən (yerli vaxtla) uçuş saat 01:00-da, Bakıya eniş saat 03:50-də, əks istiqamətdə - Bakıdan uçuş saat 04:20-də, Soçiyə eniş saat 05:20-də baş tutacaq.

Bundan əlavə, aviaşirkət iyun ayından etibarən Soçidən Bakıya uçuşların tezliyini artırmağı planlaşdırır. Hazırda Azərbaycanın paytaxtına uçuşlar Mineralnıye Vodıdan həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top