
Ermənistanın paytaxtı İrəvanın Fransa meydanında keçirilən aksiyanın iştirakçılarından biri dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İrəvan Dövlət Tibb Universitetinin Administrasiyasının rəhbəri Şuşan Danielyan məlumat yayıb.
“Fransa meydanında yerləşən çadırlardan birindən ürəyi dayanmış naməlum vətəndaş təcili yardım maşını ilə 1 saylı Universitet Xəstəxanasına çatdırılıb. Dərhal xəstəxanada bütün zəruri reanimasiya tədbirləri həyata keçirilib, lakin təəssüf ki, tibb işçilərinin bütün səyləri boşa çıxıb, bioloji ölüm qeydə alınıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, son bir neçə gündür İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.
Tətbiqimizi yükləyə bilərsiniz