“Harri Potter” ukraynalılar üçün paltarlarını satır - Foto


“Harri Potter”in ulduz aktyoru Deniel Redkliff Ukraynadakı müharibədən əziyyət çəkən ailələrə və uşaqlara kömək etmək məqsədilə kinoda istifadə olunan sehrbazların mantiya və qalstuklarını satmaq qərarına gəlib. 
Yeniavaz.com
UNİAN-a istinadən xəbər verir ki, o, əldə etdiyi gəliri ukraynalılara kömək üçün göndərəcək.
“Biz Ukraynada ailələrə və uşaqlara dəstək olmaq üçün vəsait toplayırıq. Satılan hər bir xalatdan ukraynalı ailələrə dəstək üçün vəsait göndərəcəyik”, - “Magicartz” saytında qeyd edilib.
Qeyd edək ki, aktyor bundan əvvəl də Rusiya-Ukrayna arasında yaşanan hərbi münaqişəni pisləyərək ukraynalılara dəstəyini ifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top