Rusların yandırdığı dünyanın ən böyük təyyarəsi bərpa edilə bilərmi?


“Rusiya hərbçiləri tərəfindən məhv edilən əfsanəvi AN-225 “Mriya” təyyarəsini bərpa etmək mümkün deyil. Ukraynalı dizaynerlər yeni təyyarə yarada bilərlər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mriya”nın ekipajlarından birinin komandiri Dmitri Antonov “Amerikanın Səsi”nə müsahibəsində danışıb.
Onun sözlərinə görə, təyyarənin demək olar ki, yarısı məhv edilib:
“Pilotların yaşadığı, bizim yaşadığımız, bütün vaxtımızı keçirdiyimiz əsas hissə bizim pilot kabinəsidir - onun hamısı dağıdılıb. Əsas olan güc strukturları - onlar əsas hissələrdir, çox güman ki, onlar temperaturdan zədələniblər. Nə sol yarım qanad, nə də sağ yarım qanad artıq istifadə edilə bilməz”.
Eyni zamanda, o, hər şeyin əldən getmədiyinə diqqət çəkib, çünki yarımçıq qalmış “Mriya”dan yeni təyyarə yaratmaq mümkündür. O, layihənin 0,8-3 milyard dollara başa gələcəyini qeyd edib:
“Əgər siz iqtisadi mümkünlüyünü qiymətləndirməyə çalışsanız, bu, çox çətin olacaq. Çünki onun üçün kosmosa raket atmağa bənzər uyğun layihə tapmaq lazımdır. Amma hələ ki, onun təkrar istehsal olunacağı layihə yoxdur. Düşünürəm ki, ilkin mərhələdə “Mriya”, əlbəttə ki, kommersiya layihəsi kimi deyil, simvol kimi yaradılacaq. Həm də təkcə Ukraynanın deyil, bütün dünyanın simvolu, qələbə simvolu”.
Qeyd edək ki, Fevralın 27-də Kiyev yaxınlığındakı Qostomel hava limanına rus qoşunlarının hava hücumu nəticəsində Ukrayna istehsalı olan ən böyük və güclü AN-225 “Mriya” təyyarəsi yandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top