Türkiyədə qiymət artımı son 25 ilin rekordunu qırıb


Bu ilin aprel ayında Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 69,97% bahalanıb.
Yeniavaz.com
Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, bu, son 25 ildə qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 1997-ci ildə bundan yüksək (99,1%) olub. 
Ən yüksək bahalanma nəqliyyat xidmətlərində qeydə alınıb – 105,86%. 
Bundan başqa ötən ilin aprel ayı ilə müqayisdə qida və içkilər 89,1%, ev əşyaları 77,64%, restoran və otellərdə xidmətlər 69,26% bahalanıb. 
Ən az artım rabitə xidmətlərində qeydı alınıb. Rabitə tarifləri son bir ildə 18,71% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 10-luğunda yer alır.

DİGƏR XƏBƏRLƏR

Top