FHN əməliyyat görüntülərini yaydı - Video


“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən Yeniavaz.com-a verilən məlumata əsasən, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib. 
Ötən sutka ərzində Bakı şəhərinin Səbail rayonunda yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü Xalıkova Alla Viktorovnanın və Bakı şəhərinin Xətai rayonunda bağlı qapı arxasında 1941-ci il təvəllüdlü Məmmədova Səmayə Bədrəddin qızının meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top