
Ermənistan polisi tərəfindən saxlanılan ASALA terror təşkilatının üzvü Ambik Sasunyan azadlığa buraxılıb.
Yeniavaz.com "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, o, etiraz aksiyasında iştirak etdiyini və polisdən gənclərin niyə saxlanıldığını soruşan zaman saxlanıldığı bildirib.
***11:15
Ermənistan polisi ASALA terror təşkilatının üzvü Ambik Sasunyanı saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Ruben Melikyan sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Sasunyan 80-ci illərdə Türkiyənin Los Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirməkdə təqsirli bilinərək bu şəhərdə ömürlük həbs cəzasına məhkum edilib. 2021-ci ildə Sasunyan vaxtından əvvəl azad edilib və Ermənistana qayıdıb.
Tətbiqimizi yükləyə bilərsiniz