
Vaşinqtonun Kiyevə sayı açıqlanmayan rus zabitlərinin ölümünə səbəb olan kəşfiyyat məlumatları verdiyi iddia edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti ABŞ-ın yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, ABŞ döyüş meydanında baş verən hadisələrlə bağlı məlumatları real vaxt rejimində gizli şəkildə Ukraynaya ötürür. İddia edilir ki, bu məlumat Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının ikinci mərhələsinin elan edilməsindən sonra rus qoşunlarının hərəkətlərinin təfərrüatlarını da əhatə edir:
“Birləşmiş Ştatlar Rusiya ordusunun tez-tez hərəkət edən mobil qərargahı ilə bağlı məkan məlumatlarını və digər detalları ötürmək üçün bütün səylərini cəmləyib. Ukrayna rəsmiləri bu məlumatları rus zabitlərinin ölümünə səbəb olan artilleriya atəşi və digər hücumlar həyata keçirmək üçün öz kəşfiyyat məlumatları, o cümlədən ələ keçirilən rabitə məlumatları ilə birləşdirib”.
Nəşrin mənbələri bu şəkildə öldürülən rus komandirlərinin dəqiq sayını verməkdən imtina edib:
“Zabitlər qeyd edirlər ki, ABŞ Rusiya (hərbi - red.) rəhbərliyinin ən yüksək rütbəli üzvləri haqqında (Kiyevə - red.) məlumat verməyə icazə vermir”.
Tətbiqimizi yükləyə bilərsiniz