Ukraynada ölən uşaqların sayı açıqlandı


Rusiyanın Ukraynaya silahlı təcavüzü nəticəsində həlak olan uşaqların sayı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti öz “Telegram” səhifəsində məlumat yayıb.
"2022-ci il mayın 4-də səhər saatlarına olan məlumata görə Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində Ukraynada 629-dan çox uşaq zərər çəkib. Rəsmi məlumatlara görə, 221 uşaq həlak olub, 408-dən çox uşaq yaralanıb. Bu rəqəmlər yekun deyil, çünki onların müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə aktiv döyüş əməliyyatları aparılan ərazilərdə dəqiqləşdirilməsi üzrə işlər davam edir”, - deyə prokurorluğun məlumatında bildirilir.
Qeyd olunur ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin gündəlik bombardmanları nəticəsində 1584 təhsil müəssisəsi zərər görüb, onlardan 118-i tamamilə məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top