Məşhur narkobaron ABŞ-a ekstradisiya olundu


“Otoniel” ləqəbi ilə tanınan kolumbiyalı narkotik alverçisi Dairo Usuqa narkotik alverində ittiham olunmaq üçün ötən gün ABŞ-a ekstradisiya edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CNN”ə Kolumbiya Milli Polisindəki mənbə bildirib.
Usuqa Meksika və ABŞ-a gedən “kokain yolları”na nəzarət edən güclü narkotik karteli “Clan del Golfo”nun rəhbəri hesab olunur.
Narkobaron Nyu-York və Florida rayon məhkəmələrində narkotik alveri ilə bağlı çoxsaylı ittihamlarla üzləşib. Dövlət Departamenti əvvəllər onun həbsinə və ya məhkum edilməsinə səbəb olacaq məlumat üçün 5 milyon dollara qədər pul təklif edib.
Onun yaxın bir neçə saat ərzində ABŞ-da hakim qarşısına çıxacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top