Fransa: “Nə qədər lazım olsa Ukraynaya yardım edəcəyik”


Fransa hakimiyyəti lazım olduğu müddətdə Ukraynaya yardımı davam etdirmək niyyətindədir. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bunu dövlət katibi, Fransa hökumətinin sözçüsü Qabriel Attal deyib.
"Biz artıq Ukraynaya 100 milyon avro dəyərində humanitar yardım, 615 ton tibbi avadanlıq, 50 təcili yardım maşını və 100 milyon avro dəyərində hərbi texnika təqdim etmişik. Bu dəstəyi nə qədər lazım olsa davam etdirəcəyik"- deyə o bildirib.

 

DİGƏR XƏBƏRLƏR

Top