
Şəmkirdə baş verən qəzanın təfərrüatları məlum olub.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, rayon sakini T.Cəfərovun idarə etdiyi “Schacman” markalı yük avtomobili hərəkətdə olarkən əyləc sistemi sıradan çıxıb və o qarşıda gedən digər yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində hər 2 avtomobil yoldan çıxaraq aşıb.Qəza zamanı 2 nəfər ölüb. Hadisəyə səbəb kimi Cəfərovun idarə etdiyi avtomobilin əyləcinin imtina etməsi göstərilir.
***20:27
Şəmkir rayonunda 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə “Kazımov yolu” adlanan ərazisində qeydə alınıb.
Belə ki, iki yük maşınının toqquşması nəticəsində, 2 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz