Ermənistanda etirazçılarla polis arasında toqquşma oldu


Ermənistan müxalifəti paytaxt İrəvanın küçələrində etiraz yürüşü keçirib.

Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, polis Xarici İşlər Nazirliyinin binasının qarşısında etirazçıların yolunu bağlamağa çalışıb. Lakin nümayişçilər içəri keçərək Ədliyyə Nazirliyinin binasına tərəf qaçıblar. Bu vaxt asayiş keşikçiləri ilə etirazçılar arasında əlbəyaxa dava düşüb.

Daha sonra hərəkatın liderlərindən biri İşxan Saqatelyan nümayişçiləri küçəyə geri çəkilməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top