Böyük Britaniya azərbaycanlı jurnalistə sanksiya tətbiq etdi


Böyük Britaniya hökuməti anti-Rusiya sanksiyalarını genişləndirərək, onları Ukraynadakı hadisələri işıqlandırdıqları üçün Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti və Rusiyadan olan ayrı-ayrı jurnalistlərə şamil edib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Azərbaycanlı jurnalist Nailə Əsgərzadə, müharibə müxbirləri Yevgeni Poddubnı, Aleksandr Kots, Dmitri Steşin, teleaparıcı Mixail Leontiev, Rusiya Federasiyası Prezidentinin köməkçisi, Birinci Kanalın Direktorlar Şurasının sədri Maksim Oreşkinə qarşı ölkəyə girişin qadağan edilməsini və bank hesablarının aşkar edildiyi halda onların dondurulmasını nəzərdə tutan məhdudlaşdırıcı tədbirlər görülüb.

DİGƏR XƏBƏRLƏR

Top