Mərkəzi Bankın valyuta ehtiyatları azalır


Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları növbəti dəfə azalaraq 29 aprel 2022-ci il tarixinə 7 milyard 86 milyon ABŞ dollar təşkil edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bildirilib ki, bu son bir ayda 0.71% və ya 51 mln. dollar azalma deməkdir. Ümumilikdə isə, bu ilin fevral ayından etibarən AMB-nin valyuta ehtiyatlarında 73 mln. dollar azalma baş verib.

DİGƏR XƏBƏRLƏR

Top